• $
  • €
  • ₽
  • ₺
  • £

Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır

Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
01.05.2026 11:56

 Avropa Parlamenti tərəfindən Azərbaycana dair qəbul edilən qətnamələr hüquqi və obyektivlik baxımından problemlidir. Bunu deputat Razi Murullayev deyib. 

Onun sözlərinə görə, bu yanaşmalar “selektiv və qeyri-obyektiv” xarakter daşıyır və regionun reallıqlarını tam əks etdirmir.

“Azərbaycan müstəqil və suveren dövlətdir və öz daxili işlərini beynəlxalq hüquq çərçivəsində tənzimləmək hüququna malikdir”, -  deputat qeyd edib.


Nurullayev bildirib ki, Avropa Parlamenti qərar qəbul edərkən birtərəfli məlumatlara əsaslanır və bu, qarşılıqlı etimadın formalaşmasına mane olur.


Deputat həmçinin sual edib ki, niyə oxşar həssaslıq digər regionlarda baş verən hadisələrə münasibətdə göstərilmir və bu kontekstdə ikili standartların tətbiq olunduğunu vurğulayıb.


O əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq sahələrində mühüm tərəfdaşdır və son illərdə bu rolu daha da artıb.

Nurullayev qeyd edib ki, Azərbaycan konstruktiv dialoq tərəfdarıdır və əsaslandırılmış tənqidə açıqdır, lakin tənqid obyektiv və balanslı olmalıdır.

Deputat Avropa Parlamentini daha məsuliyyətli və ədalətli mövqe tutmağa çağıraraq bildirib ki, əks halda bu yanaşma həm münasibətlərə, həm də regionda sabitliyə mənfi təsir göstərə bilər.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol