• $
  • £

Akif Çovdarovun əmlakı hansı məhkəmə əsası ilə qaytarılıb açıqlansın - DEPUTAT - VİDEO

Akif Çovdarovun əmlakı hansı məhkəmə əsası ilə qaytarılıb açıqlansın - DEPUTAT - VİDEO
30.12.2022 12:23
Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılmasının hansı məhkəmə qərarı ilə icra olunduğunun hesabatını istəyib. Bu barədə deputat Parlamentdə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun III oxunuşda müzakirəsi zamanı deyib. 

"Bununla bağlı mənə dünəndən zənglər gəlir.Nə qədər zərərçəkən vətəndaşlar var. Onlar pullarını əmlaklarını geri ala bilmir.  Hamı soruşur ki, görəsən niyə belə bir qərar var. Məhkəmə qərarı nəyə əsaslanıb? Belə çıxır ki, dövlət vəzifəsi tut, ye, dağıt, vəzifədən sui-istifadə edib vətəndaşlara divan tut, bir az yat və sonra da çıxıb kef elə? Bu hansı dövlətçilik məntiqinə sığır? 

Deputat bildirib ki, bu cür məhkəmə qərarları dövlətin sütunlarıı şübhə altına alır və ölkənin nüfuzuna zərər vurur. 

"Məsələ ilə bağlı ciddi müzakirəyə ehtiyac var. . Ictimai rəy, bu məsələ ilə bağlı ciddi izahlar və açıqlamaların olmasını tələb edir. Bu cür açıq danışmaq mənim özümü də təhlükəsizliyim baxımından narahat edir, lakin özümü saxlaya bilmirəm”- deputat bildirib.

Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər  belə qərara gəlib ki, Akif Çovfarova məxsus bazar dəyəri 30 milyon olan əmlak geri qaytarılamlıdır. 

Akif Çovdarov  2015-ci ildə  11 il müddətinə həbs edilib.

İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol