• $
  • £

Xankəndində olan xəstələr Laçın dəhlizindən Ermənistana aparılıb

Xankəndində olan xəstələr Laçın dəhlizindən Ermənistana aparılıb
30.12.2022 14:27
Qarabağda yaşayan üç xəstə Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın dəhlizi ilə Ermənistana aparılıb. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
Bildirilib ki, bundan əvvəl də bir neçə ağır xəstə bu yol vasitəsilə Ermənistana aparılıb. 
 
Ermənistan mediası yazır ki, sülhməramlıların köməyi ilə humantiar yardımlar Qarabağa çatdırılır. 
 
Dekabrın 12-dən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə etiraz aksiyası keçirir. Bu gün aksiyanın 19-cu günüdür. Aksiya iştirakçıları faydalı yataqların qanunsuz istismarı etiraz edir. Azərbaycanlı ekoloqların etirazına cavab olaraq Xankəndində yaşayan ermənilər bu dövr ərzində iki dəfə aksiya keçirib. Onlar yolun açılmasını tələb edirlər. 
 
Aksiya başlandığı gündən Azərbaycan və Ermənistana bir çox ölkələr tərəfindən çağırışlar olub. Çağırışlar hər iki ölkəni gərginliyi azaltmağa yönəlib. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol