• $
  • £

MN: Ermənistan tərəfi növbəti dəfə təxribat törədib

MN: Ermənistan tərəfi növbəti dəfə təxribat törədib
05.03.2023 14:19
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir.

Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur.

Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir.

Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir.

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol