• $
  • £

Azərbaycan XİN Ermənistana cavab verib

Azərbaycan XİN Ermənistana cavab verib
09.03.2023 12:04
Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. 
 
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır. Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır", - bəyanatda qeyd olunub. 


XİN-in açıqlamasında vurğulanır ki,  Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.


"Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı "etnik təmizləmə” və "soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur. Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir", - qeyd olunub.


Nazirlik vurğulayır ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol