• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
19.03.2023 21:00
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.

Martın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki "Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən "Novruz şəhərciyi”ndə iştirak ediblər.

Əvvəlcə "Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsinə ehtiram ifadə edilib.

El ağsaqqalı Dədə Qorqud, xalq qəhrəmanları Koroğlu və Babək Novruzun gəlişi münasibətilə xeyir-dua verib.

Bayram tonqalı yandırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək deyib ki, Novruzun Azərbaycana builki gəlişi Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu "Heydər Əliyev İli”nə təsadüf etdiyi üçün xüsusilə əlamətdardır: "Məhz Ulu Öndərimizin səyi nəticəsində Novruz bayramı milli varlığımızın rəmzlərindən biri kimi bu gün qeyd olunur. Novruz bayramı keçmişlə gələcək arasında mənəvi bağdır. Bayramın mahiyyətini ifadə edən sülh, quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun və yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gücü və varlığı ilə çalışır və buna nail olur ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı inkişaf və rifah şəraitində yaşasın. Artıq Novruz bayramı ölkəmizdə Zəfər ovqatı və işğaldan azad olunmuş torpaqlara böyük qayıdış əhval-ruhiyyəsi ilə qeyd olunur. Əminik ki, cənab Prezidentin qətiyyətinin və iradəsinin nəticəsi olaraq Zəngəzur dəhlizi uğurla reallaşdırılacaq. Bu, Azərbaycanımıza, onun ayrılmaz parçası olan Naxçıvanımıza böyük inkişaf gətirəcək”.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Cəmiyyət 22:46
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Cəmiyyət 21:50
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Cəmiyyət 17:46
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Cəmiyyət 15:48
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol