Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 2024-cü il iyunun 6-dan husilərin əsirliyində saxlanılan təşkilatın Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb.
Türk bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Uzun illərdir husilər tərəfindən qanunsuz olaraq həbsdə saxlanılan yəmənli həmkarımız Məhəmməd əl-Şaminin ölümündən sarsılmışam. Onun ölümünün dərhal araşdırılmasına çağırıram. Məhəmmədin ailəsi həqiqəti bilməyə layiqdir", – o yazıb.
BMT-nin saytında yayımlanan bəyanatda bildirilib ki, Məhəmməd əl-Şami bir neçə ay əvvəl vəfat edib, lakin ailəsinə bu barədə yalnız yaxın vaxtlarda məlumat verilib.