Əliyevin Qarabağ siyasətini tənqid etsək adamın ağzı əyilər - DEPUTAT
İlham
Əliyevin Qarabağ siyasətini təndiq etmək vicdansızlıq olar, adamın ağzı əyilər.
Bunu Milli Məclisin deputatı Razi Nurullayev Bu yaxınlarda partiya sədri Əli Kərimlinin
iqtidar əlehinə səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.
"Bu yaxınlarda Əli Kərimli ağına-bozuna baxmadan müxalifətin, iqtidarın əleyhinə əsassız fikirlər səsləndirib.Daha qabağa gedərək 30 illik işğala son qoyan və bu gün də Qarabağda separatizmin kökünü kəsmək üçün ağır şərtlər altında siyasət quran Prezident İlham Əliyevi və hamımızı az qala xəyanətdə ittiham edir. O, Ukrayna xalqına alqış istəyir və deyir ki, onlar Rusiya ilə mübarizədə sınmırlar. Mən zaman-zaman bu hakimiyyətin daxili və bir sıra sosial siyasətini tənqid etsəm də, İlham Əliyevin Qarabağ siyasətini tənqid etmək vicdansızlıq olardı, adamın ağzı əyilər, Allah belə bu cür ədalətsiliyi götürməz axı”, - deputat bildirib.
"Azərbaycan
ordusu niyə Xankəndinə girmədi və niyə Rusiya ilə müharibəyə başlamadıq? Deyir
ki, biz dedik ki, Xankəndinə girmək lazımdır, amma sözümüzü dinləmədilər. Sən
hansı qüvvənin, çəkinin və gizli məlumatın sahibisən ki, dediyin doğru olsun və
sonra da yükün çəkə biləsən? Sən heç Elçibəydən qalan bir partiyanın bütövlüyün
qoruya bilmədin, on yerə parçalandı, indi Azərbaycanı da beləcə parçalamaq niyyətiniz
var. Bu təklifin mənası odur ki, Azərbaycan Rusiya ilə münaqişəyə girsin,
münasibətlər pozulsun, Rusiya və İran Azərbaycana hücum etsin, Qərb isə
sanksiyalar tətbiq etsin. Qarabağ təzədən əlimizdən çıxsın və sən də o qüvvələrdən
biri ilə oynayıb hakimiyyətə gəlmək səyi göstərəsən. Bu cür düşüncə Azərbaycan
xalqına xəyanətdir, şəhidlərimizin ruhunu təhqir etməkdir. Sən bu təkliflə Azərbaycanı
2008-ci ildə Gürcüstanın etdiyi səhvi təkrarlamağa sövq edirdin”, - millət vəkili
vurğulayıb.
Deputat söyəyib ki, bu cür təxribatçı çıxışlara və təxribatçı siyasətçilərin fəaliyyətinə son qoyulmalıdır.
Gülnar Nazimqızı
www.anews.az
"Bu yaxınlarda Əli Kərimli ağına-bozuna baxmadan müxalifətin, iqtidarın əleyhinə əsassız fikirlər səsləndirib.Daha qabağa gedərək 30 illik işğala son qoyan və bu gün də Qarabağda separatizmin kökünü kəsmək üçün ağır şərtlər altında siyasət quran Prezident İlham Əliyevi və hamımızı az qala xəyanətdə ittiham edir. O, Ukrayna xalqına alqış istəyir və deyir ki, onlar Rusiya ilə mübarizədə sınmırlar. Mən zaman-zaman bu hakimiyyətin daxili və bir sıra sosial siyasətini tənqid etsəm də, İlham Əliyevin Qarabağ siyasətini tənqid etmək vicdansızlıq olardı, adamın ağzı əyilər, Allah belə bu cür ədalətsiliyi götürməz axı”, - deputat bildirib.
Nurullayev
deyir ki, bu adam ya xalqı avam sayır ya da qisas hissi o qədər gözünü tutub
ki, nəticəsini hesablamadan xalqın hissi ilə oynayıb narazılıq dalğası yaratmaq
istəyir.
Deputat söyəyib ki, bu cür təxribatçı çıxışlara və təxribatçı siyasətçilərin fəaliyyətinə son qoyulmalıdır.
Millət
vəkili Əli Hüseynli də bildirib ki, onlar daxildə olan düşmənlərimizdir.
]
www.anews.az
Son xəbərlər
Daha çox