• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC: 2023-cü ildə neft tələbatının artımı gündəlik 2,3 milyon barel olacaq

OPEC: 2023-cü ildə neft tələbatının artımı gündəlik 2,3 milyon barel olacaq
11.05.2023 20:14
OPEC hələ də 2023-cü ildə qlobal neft tələbinin gündəlik 2,3 milyon barel artacağını gözləyir.

Bu barədə qurumun may hesabatında deyilir.

"2023-cü il üçün qlobal neft tələbatının artımı əvvəlki ayın qiymətləndirməsi ilə eynidir və gündəlik 2,3 milyon barel təşkil edir.
 
Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində artım 0,07 milyon barel, İƏİT-ə daxil olmayan ölkələrdə isə təxminən 2,3 milyon barel olacaq”, - hesabatda göstərilib.

2023-cü ildə ümumi qlobal neft tələbatı sutkada 101,9 milyon barelə çatacaq.

"Lakin bu proqnoz bir çox qeyri-müəyyənliklərdən, o cümlədən qlobal iqtisadiyyatın inkişafından və davam edən geosiyasi gərginlikdən asılıdır”, - təşkilat əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol