• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri İtaliya nümayəndə heyətini qəbul edib

Energetika naziri İtaliya nümayəndə heyətini qəbul edib
15.05.2023 18:23
Bu ilin ilk 4 ayında Azərbaycandan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edilib.

Bu barədə Perviz Şahbazovun Bakıda səfərdə olan İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciulio Terzi Sant’Aqata, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Marko Skurria və üzvü Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Görüşdə hər iki ölkə liderlərinin rəhbərliyi ilə strateji tərəfdaşlıq müstəvisində inkişaf edən münasibətlərin inkişafından və enerji sahəsində genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edilib.

Bildirilib ki, İtaliya nəinki Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qazının ixrac edildiyi ölkədir, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm rol oynayan tərəfdaşdır.

Görüşdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri, eləcə də layihənin genişləndirilməsi və elektrik enerjisi sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb.

Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol