• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan BTC vasitəsilə neft ixracını artıra bilər

 Qazaxıstan BTC vasitəsilə neft ixracını artıra bilər
24.05.2023 16:36
Qazaxıstan xammalın keyfiyyətində dəyişikliklər nəzərə alınmaqla Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını artıra bilər. Bunu "KazTransOil” SC-nin nəqliyyat üzrə baş direktorunun müavini Erik Saqiyev bildirib.

"Əgər Qazaxıstan nasos sistemində neftin  dəyişməsi ilə bağlı uğurlu danışıqlar apara bilsə, onda inanıram ki, Qazaxıstanneftinin həcmi BTC -də artacaq", - Saqiyev çərşənbə günü jurnalistlərə bildirib.

O, aydınlaşdırıb ki, boru kəmərində "darboğaz" adlanan yerin olması səbəbindən ağır neft sayılan Qazaxıstan  neftin nəqli  çətinləşib.
 
"Qazaxıstan neftindən fərqli olaraq  Azərbaycanın nefti yüngül olduğundan onun BTC ilə nəqli problem yaratmır. Odur ki, keyfiyyət bankı ilə bağlı sual yaranır", - Saqiyev bildirib.

O xatırladıb ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə BTC ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub. Hazırda bu kəmərlə  "Tengizşevroyl”dan hasil edilən neft ixrac olunur. 

Neft ixrac marşrutlarını şaxələndirmək üçün Qazaxıstan BTC ilə nəqlə başlayıb. Daşıma Azərbaycan Dövlət Neft Şirkəti ilə "KazMunayQaz” arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir. Bu müqavilə çərçivəsində Tengiz neftinin BTC vasitəsilə ixracı 2022-ci ilin martında başlayıb.

Bundan əlavə, "KazTransOil” martda "Kaşaqan” yatağından Azərbaycan ərazisindən keçən BTC vasitəsilə pilot olraq  7 min ton neftin ixrac edib.
 
Beləliklə, 2023-cü ilin birinci rübündə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ümumi tranziti təxminən 27 min ton təşkil edib.

Hazırda BTC ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətindən hasil edilən neft və kondensat ixrac edilir. 

2022-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən  neftin ümumi həcmi 29 milyon 749,6 min ton təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,6 faiz çoxdur. O cümlədən BTC ilə  5 milyon 103,9 min ton (artım 41,8 faiz) tranzit nefti nəql edilib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol