• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Visa ilə birgə yeni Mobil POS xidmətini təqdim etdi!

Bank Respublika Visa ilə birgə yeni Mobil POS  xidmətini təqdim etdi!
24.05.2023 18:21

Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına böyük önəm verən Bank Respublika, Visa şirkəti və birgə Visa Tap to Phone texnologiyası əsasında çalışan yeni "Mobil POS” xidmətini təqdim etdi.

Visa Tap to Phone – kontaktsız ödənişləri qəbul etmək üçün Android bazasında işləyən və NFC çipləri ilə təhciz olunan müasir smartfonları və planşetləri ödəniş terminalına çevirən texnologiyadır.

İndi istənilən biznes sahibi rəqəmsal iqtisadiyyata qoşula biləcək – bunun üçün sadəcə tapXphone əlavəsini yükləmək kifayətdir.
 
Günümüzdə daha çox alıcının təmassız ödənişlərə və istənilən məkanda ödəniş etmə imkanına üstünlük verdiyini nəzərə alsaq, Tap to Phone texnologiyası əsasında olan "Mobil POS” innovativ həlli mikro və kiçik biznes üçün yeni, daha geniş imkanlar açır.

Bunun üçün əlavə avadanlığa heç bir xərc çəkmədən smartfonda müvafiq tətbiqi yükləyərək qeydiyyatdan keçmək və istifadəçiyə dair məlumatları qeyd etmək kifayətdir. Tətbiq üzərindən tam təhlükəsiz qaydada həm fiziki bank kartı ilə, həm də ki, Apple və Google Pay ilə müxtəlif növ təmassız ödənişləri qəbul etmək mümkün olacaq.

"Bank Respublika”nın "Mobil POS” xidmətinə ilk 3 ay ərzində qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər.

"Mobil POS” xidmətinin digər üstünlükləri:
Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur
Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POS-terminal xidməti ilə eynidir
Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QR-kod ilə oxunması imkanı
Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı
Tam təhlükəsizdir – tətbiq, ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir

Xidmətə qoşulmaq üçün bankın rəsmi web saytında müraciət yerləşdirmək, Bankın istənilən filialına müraciət etmək və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əlaqə saxlamaq kifayətdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol