• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib
24.05.2023 19:35
İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər və icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol