• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın investisiya reytinqləri kateqoriyasına keçmək potensialı var

Azərbaycanın investisiya reytinqləri kateqoriyasına keçmək potensialı var
29.05.2023 20:30
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, eləcə də xarici və daxili balanslarının yaxşılaşması ölkənin reytinqlərini qısamüddətli perspektivdə investisiya səviyyəsinə yüksəldilməsini şərtləndirir.

Bunu Rusiya "Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda keçirilən rəsmi görüşlərin yekunlarına dair danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ölkənin Avrasiyanın nəqliyyat-logistika qovşağı kimi rolunu gücləndirməyə kömək edəcək: "Eyni zamanda, nəqliyyat sektorunun və əlaqəli infrastrukturun inkişafı ilə bağlı ÜDM-də nəqliyyat və tikintinin payı artacaq. Hesablamalarımıza görə, bu sahələrin Azərbaycanın ÜDM-dəki payı 2024-cü ildə 27 %-ə qədər arta və 5 illik perspektivdə 30 %-i keçə bilər. Bu qiymətləndirməyə Qarabağda həyata keçirilən yeni layihələrin təsiri də daxildir”.

G.Xaydarşina hesab edir ki, Azərbaycanın ÜDM-də qeyri-neft-qaz komponentinin artımı bundan sonra da Qarabağda yeni nəqliyyat və sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin tikintisini əhatə edən yeni layihələrlə dəstəklənəcək.
"Regiona turistlərin cəlb edilməsi planları iqtisadiyyatın qeyri-neft-qaz sektorunun genişlənməsinə də töhfə verəcək. Bundan əlavə, karantin məhdudiyyətlərinin aradan qaldırılması, eləcə də turist axını və qonşu ölkələrdən müəssisələrin köçürülməsi sayəsində biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik. Bu baxımdan, daxili tələbatın genişlənməsinin iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcəyini gözləyirik. Təxminlərimizə görə, Azərbaycanın ÜDM-də daxili ticarətin payı 2023-cü ildə 18 %-ə, 2024-cü ildə isə 19 %-ə yüksələcək”, - bankın baş iqtisadçısı bildirib.

Qeyd edək ki, Azərbaycan aşağıdakı suveren reytinqlərə malikdir: "S&P" beynəlxalq reytinq agentliyinin - "sabit" proqnozu ilə "BB+” səviyyəsində; "Fitch”in - "müsbət" proqnozu ilə "BB+”və "Moody’s”in - "sabit" proqnozu ilə "BA1” səviyyəsində.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol