• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə keçirilən “Her Improvement" layihəsi gənc qadınları texnoloji startap yaratmağa həvəsləndirdi

Azercell-in dəstəyi ilə keçirilən “Her Improvement
02.06.2023 17:35
Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər

"Azercell Telekom” MMC-nin "FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" layihəsinin bağlanış mərasimi baş tutdu. Tədbir zamanı proqram iştirakçıları layihə müddətində aldıqları bilik və bacarıqlar sayəsində ərsəyə gətirdikləri biznes modellərini nümayiş etdirdilər. 5 komanda öz texnoloji startapını 5 müxtəlif mövzu ətrafında qurmuşdu: 
"She leads” komandası - qadın sağlamlığına və hamiləliyə nəzarət etmək və düzgün məlumat almaq üçün nəzərdə tutulan sağlamlıq tətbiqi; 

"Profcat” komandası - təhsil yönümlü və gənclərə fərdi hazırlıq imkanı təklif edən sosial şəbəkə; 

"Parkedin” komandası - Bakı şəhəri üzrə avtopark və tıxac məsələlərinin həllinə kömək edən mobil tətbiq;

"Forcedefem” komandası - insanların suallara asanlıqla cavab tapa biləcəyi, kommunikasiya yönümlü "Sual-Cavab” platforması; 

"My Tailor” komandası - onlayn dərzi platforması.

Startapların qarşısına qoyulan əsas şərt ideyaların texnoloji həllər vasitəsilə həyatın seçilmiş sahələrinə inteqrasiya etməsi idi və komandalar bu tapşırığın öhdəsindən uğurla gələrək, artıq implementasiyaya hazır startaplar təqdim etdilər. 

İdeyaları dəyərləndirən münsiflər heyəti hər komandaya öz tövsiyələrini verib, bu yolda gənc qadınlara müvəffəqiyyət arzuladı. Münsif qismində "Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya, İnnovasiyaların tətbiqi üzrə müstəqil ekspert Leyla Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universiteti İnkubasiya mərkəzinin rəhbəri Mübariz Şahbazlı və Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin layihə meneceri Camal Ağayev iştirak etdilər. 

Azercell-in dəstəyilə yarım ildən çox davam edən proqram qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmişdi. Yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınlardan ibarət 25 iştirakçı 7 ay müddətində biznes, startap, innovasiya sahələrində peşəkar təlimçilər, mentorlar tərəfindən dəstək alıb. Proqram çərçivəsində biznes və innovasiya sahələrindəki trend mövzular, "Blockchain” texnologiyaları və NFT, təqdimat bacarıqları və "pitch-deck” hazırlanması, eyni zamanda MVP, məhsul-bazar uyğunluğu və məhsulun inkişaf etdirilməsi üzrə təlimlər keçirilib. 

Layihənin sonunda bütün iştirakçılara sertifikat, qalib seçilən "She leads” komandasına isə pul mükafatı da təqdim olundu.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol