• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR “Babək” strukturu ilə bağlı TotalEnergies ilə memorandum imzalayıb

SOCAR “Babək” strukturu ilə bağlı TotalEnergies ilə memorandum imzalayıb
02.06.2023 16:43
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Babək” perspektiv strukturunda kəşfiyyat işlərini intensivləşdirmək üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  2023-ci il mayın 10-da Fransanın "TotalEnergis" şirkəti ilə anlaşma memorandumu imzalayıb. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı məlumat verib.

Yusifzadə bildirib ki, "Babək" strukturunun ehtiyatları "Ümid" yatağının ehtiyatlarından iki dəfə çox ola bilər. Qeyd edilən yatağın ehtiyatı isə 200 milyard kubmetr təşkil edir. 

Yusifzadə həmçinin bildirib ki, "Ümid” və "Abşeron” yataqlarında qazma işlərinin sürətləndirilməsi, "Babək” strukturu ilə yanaşı "Naxçıvan”, "Zəfər-Məşəl” və "Şəfəq Asiman” perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən dəyərləndirilməsi, qeyd olunan ərazilərdə yeni quyuların qazılması və bütün bu  layihələrin icrasının daha sürətli şəkildə həyata keçirilməsi SOCAR-ın qarşısında duran ən vacib məsələlər hesab olunur.
 
İlkin hesablamalara görə, "Babək" strukturunda 200 milyard kubmetr qaz ehtiyatı var.

Ayişə Zahid

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol