• $
  • €
  • ₽
  • ₺
  • £

Məşğulluğa dair növbəti respublika müşavirəsi keçirilib

Məşğulluğa dair növbəti respublika müşavirəsi keçirilib
02.06.2023 18:23
Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib.

Tədbirdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndakı tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Komissiya sədri bildirib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 37%-dən çox, fiziki şəxs fərdi sahibkarların sayında 59,5%, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 6,3 dəfə artım olub. Eyni zamanda, bu sahədə əldə edilmiş naliliyyətlərin davamlılığını təmin etmək və qarşıda duran vəzifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir.

Müşavirədə Komissiyanın Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.
İclasda Qazax, Bərdə, Qəbələ rayonları və Mingəçevir şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cümlədən qeyri-formal məşğulluğun qarşısının alınması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Müşavirədə Əli Əhmədov əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə həmin komitələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol