• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank növbəti nüfuzlu beynəlxalq mükafat alıb

Kapital Bank növbəti nüfuzlu beynəlxalq mükafat alıb
05.06.2023 12:03
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank növbəti beynəlxalq mükafata layiq görülüb. Nüfuzlu "Great Place To Work” –  "Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk bank məhz Kapital Bank olub. 

"Artıq hamı bilir ki, Kapital Bank həm işçi sayına görə, həm də ən fəal işəgötürən olaraq ölkənin lider bankıdır. Bu siyahıya mükəmməl iş yerinin də əlavə olunması qürurverici haldır. Kapital Bank öz iş həyatının cəlbediciliyini və hər bir əməkdaş üçün mükəmməl bir iş şəraitini qorumaq üçün fəaliyyətlərini davam etdirir. Əsas fokusumuz isə dəyişilməz olaraq qalır - əməkdaşlarımızın inkişafi və mükəmməl karyera imkanları yaratmaq.” - deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.

Qeyd edək ki, Great Place To Work beynəlxalq qurum olmaqla 5 qitədə və 60-dan çox ölkədə fəaliyyət göstərir. Qurumun məqsədi insanlar üçün ən arzuolunan iş yerlərinin siyahısını müəyyən etməkdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol