• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika “Sədərək” ticarət mərkəzində yeni filialını açdı!

Bank Respublika “Sədərək” ticarət mərkəzində yeni filialını açdı!
07.06.2023 09:49
Ölkəmizdə sahibkarlığın inkişafına daim dəstək verən Bank Respublika, kiçik və orta sahibkarlara xidmət göstərmək üçün "Sədərək" ticarət mərkəzinin ərazisində müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialını müştərilərin ixtiyarına verib.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.

Tədbirdə iştirak edən sahibkarlar ölkənin aparıcı banklarından biri olan "Bank Respublika”nın "Sədərək" ticarət mərkəzində filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.

"Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 33 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol