• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda aktiv kommersiya təşkilatlarının sayı 14% artıb

Azərbaycanda aktiv kommersiya təşkilatlarının sayı 14% artıb
08.06.2023 18:54
2023-cü il iyunun 1-nə Azərbaycanda 105,4 min aktiv kommersiya təşkilatı qeydiyyata alınıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. Bu barədə Dövlət Vergi Xidməti (DSX) xəbər verir.

"Dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının sayı 167,6 min ədəd olub, onlardan 105,4 min nəfərinin fəaliyyəti aktiv olub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kommersiya təşkilatlarının sayı 10,4%, aktiv olan 14% artıb", - məlumatda bildirilir. 

İyunun 1-nə kommersiya hüquqi şəxslərinin 90,3 faizi məhdud məsuliyyətli cəmiyyətlər (MMC), 1,3 faizi səhmdar cəmiyyətləri (SC), 1,1 faizi kooperativlərdir.

Bununla yanaşı, 32,49 min təşkilat aktiv ƏDV ödəyicisidir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% çoxdur.

Yanvar-mayda 6945 min kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Bunlardan 88,3 faizi yerli investisiyalı şirkətlər, 11,7 faizi xarici investisiyalı təşkilatlardır.

Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya təşkilatlarının 82,6 faizi elektron formada qeydiyyatdan keçib.

Ümumilikdə, 2023-cü il iyunun 1-nə Azərbaycanda 1 milyon 452,702 min vergi ödəyicisi qeydiyyata alınıb ki, onların da 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Vergi ödəyicilərinin ümumi sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz, o cümlədən fiziki şəxslər 6,5 faiz, hüquqi şəxslər 9,7 faiz artıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol