• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir

Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir
09.06.2023 11:52
Kapital Bank-ın dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir
Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər,
kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank sahibkarlığın inkişafı istiqamətində daha bir tədbirin
keçirilməsinə dəstək göstərib.
 
8-10 iyun 2023-cü il tarixlərində Baku Crystal Hall-da İqtisadiyyat Nazirliyinin dəstəyi,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı və Kapital Bank-ın rəsmi
tərəfdaşlığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.
Sərginin açılış mərasimində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin sədri Qoşqar Təhməzli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Kapital Bank-ın İdarə
Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə və digər rəsmi qonaqlar iştirak ediblər.
 


"Kapital Bank hər zaman sahibkarlığın inkişaf etdirilməsini, müxtəlif sahələr üzrə dəstək tədbirlərinin və
kampaniyaların keçirilməsini prioritet sahələrdən hesab edib. İl ərzində bankın dəstəyi ilə müxtəlif görüşlər, tədbirlər,
konfranslar və digər əhəmiyyətli tədbirlər keçirilir. Yerli şirkətlərin iştirak etdiyi bu tədbir də ölkədə sahibkarlığını,
biznes mühitinin inkişafına öz töhfəsini verəcək. Kapital Bank olaraq gələcək illərdə də bu sahəyə diqqət yönəltməyi
planlaşdırırıq”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə
bildirib.
 


Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi Ulu Öndərin
ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan
şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes
tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT,
təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri
nümayiş olunur.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol