• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ölkə Azərbaycandan xam neft idxalını bərpa edib

Dörd ölkə Azərbaycandan xam neft idxalını bərpa edib
10.06.2023 17:16
2023-cü ilin yanvar-aprel aylarında dörd ölkə Azərbaycan neftinin idxalını bərpa edib.

Bu ölkələr Yunanıstan, Sinqapur, İndoneziya və Fransadır.

Ümumilikdə, bu ölkələr 429,264 milyon dollardan artıq dəyərdə təxminən 675,225 milyon ton neft idxal ediblər. Kəmiyyət ifadəsində bu ölkələr tərəfindən Azərbaycan neftinin idxalı Azərbaycandan ümumi xammal ixracının 7,3 faizini, pul ifadəsində isə 7,5 faizini təşkil edir.

2023-cü ilin yanvar-aprel aylarında Yunanıstan 300 min tona yaxın, Sinqapur 138,338 min tondan çox, İndoneziya 128,188 min tondan çox, Fransa isə 108,829 min tondan çox xam neft və neft məhsulları idxal edib.

Dəyər baxımından Yunanıstan 190,16 milyon dollardan çox, Sinqapur 87,786 milyon dollar, İndoneziya 85 milyon dollardan çox və Fransa 66,3 milyon dollardan çox qiymətə Azərbaycan neftini alıb.

Ümumilikdə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə (9,5 milyon ton) 2,6 faiz azdır. Neft ixracının ümumi dəyəri 5,715 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 12,7 faiz və ya 829,564 dollar azdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol