• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Afrika prezidentinin təyyarəsi Polşada saxlanıldı

Cənubi Afrika prezidentinin təyyarəsi Polşada saxlanıldı
16.06.2023 21:09
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın mühafizə üzvlərinin olduğu təyyarə Polşa paytaxtı Varşavada saxlanılıb. Buna səbəb standart giriş prosedurlarına əməl edilməməsi olub. Təyyarənin göyərtəsində silah ola biləcəyi bildirilib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlikdən verilən məlumata görə, təyyarənin göyərtəsində Cənubi Afrika nümayəndələri tərəfindən ölkə ərazisinə keçirilməsinə icazə verilməyən təhlükəli əşyalar olub. Hazırda məsələnin yoluna qoyulması ilə bağlı bütün prosedurlar həyata keçirilir.

Göyərtəsində yüzə yaxın insanın olduğu təyyarənin cümə günü uçuşu həyata keçirilməlidir. Polşa Sərhəd Mühafizəsindən bildirib ki, Cənubi Afrika prezidenti mühafizəsinin üzvləri könüllü olaraq təyyarənin göyərtəsində qalmağa qərar veriblər.

"Nümayəndə heyəti üzvlərinin üzərilərində silahlar var idi, lakin bu silahların Polşaya gətirilməsinə icazə verilməyib. Onların silahlarını göyərtədə qoyaraq təyyarəni tərk etmək hüquqları var idi”, – deyə Polşa Sərhəd Mühafizə Xidmətinin mətbuat katibi Anna Mixalskaya qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol