• $
  • €
  • ₽
  • ₺
  • £

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib
16.06.2023 18:42
"Nar”ın Baş icraçı direktoru Qunnar Panke startaplar üzrə milli çempionatında yarışmasında fəxri münsiflər heyətinin üzvü kimi iştirak edib. Beynəlxalq səviyyədə keçirilən və Miniboss Business School Baku tərəfindən təşkil olunan startaplar üzrə milli çempionatda 6-17 yaş arası istedadlı uşaqlardan və yeniyetmələrdən ibarət komandalar iştirak edib.

Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib oldu. Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Qalib komandalar 16-20 iyul tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, müsabiqənin fəxri münsifi Q.Panke müxtəlif tanınmış telekommunikasiya şirkətlərində strateji rəhbər vəzifələrdə çalışmış və 30 ildən artıq zəgin təcrübəsi ilə rabitə sənayesinin beynəlxalq nüfuza sahib eksperti sayılır.

"Nar”ın layihələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol