• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı Ukraynaya növbəti yardım paketi ayırıb

Dünya Bankı Ukraynaya növbəti yardım paketi ayırıb
19.06.2023 22:30
Dünya Bankı (DB) müəllimlərə və məmurlara ödənişlər üçün kreditin bir hissəsi kimi Ukraynaya 63 milyon avro köçürüb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

"İyunun 19-da Ukraynanın dövlət büdcəsinə Dünya Bankından 63 milyon avro məbləğində maliyyə vəsaiti daxil olub", - Nazirliyin bəyanatında deyilir.

Kreditin qaytarılma müddəti 4 il güzəştli olmaqla 10 ildir.
 
Bundan başqa Vaşinqton Kiyevə daha 375 milyon dollarlıq hərbi yardım paketi vermək niyyətindədir. Bunu ABŞ prezidenti Co Bayden G7-nin Xirosimada keçirilən sammitində deyib.

Yardım paketinə əsasən artilleriya, sursat, HIMARS raket sistemləri, hərbi texnika və o cümlədən Ukrayna hərbçilərinin təlimi də daxildir.

G7 ölkələrinin liderlərinin Xirosimada keçirilən görüşündə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edir. Mayın 21-də onun ABŞ prezidenti Co Baydenlə görüşü olub.

Bundan əlavə, mənbələr CNN-ə bildiriblər ki, Ağ Ev üçüncü ölkələrin ABŞ F-16-larının Ukraynaya verilməsinə də etiraz etməyəcək.

Kiyevə görə, havada Rusiyaya qarşı dayanmaq üçün 180-ə yaxın müasir qırıcı təyyarə lazımdır. O da bildirilir ki, Kiyevə nə vaxt, haradan və neçə qırıcı təhvil veriləcəyini Bayden pilotların təlimi başlayandan sonra açıqlamaq niyyətindədir.
 
Aytac Zeynalova 
 










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol