Beş ayda 367 yekun protokol ləğv edilib
2023-cü ilin beş ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 3 097 yekun protokol təhlil olunub. Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli facebook hesabında bildirib.
O bildirib ki, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 367 yekun protokol ləğv edilib.
Cari ilin yanvar-aprelində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 1824 yekun protokol təhlil olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər