• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondunun 2023-cü il büdcəsinə dəyişikliklər edilib

Dövlət Neft Fondunun 2023-cü il büdcəsinə dəyişikliklər edilib
22.06.2023 19:17
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinə dəyişikliklər edilib.

Fərmana uyğun olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər üzrə gəlir maddəsi 6 571 387,3 min manatdan 11 765 793,3 min manata qədər artırılıb, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 23 590,0 min manatdan 15 323,3 min manata qədər azaldılıb, ARDNF-nin valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 1 590 905,4 min manatdan 3 752 026,1 manata qədər artırılıb, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi 4 307,8 min manatdan 3 600,6 min manata qədər azaldılıb.

Fərmana əsasən ARDNF-nin 2023-cü il üzrə büdcəsinin xərc istiqamətlərində Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi üzrə xərc maddəsi 11 280 000,0 min manatdan 11 737 700,0 min manata qədər artırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol