• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN bəyanat yaydı

Rusiya XİN bəyanat yaydı
24.06.2023 19:30

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki daxili siyasi vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib:
"Ölkəmizdə baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur. Sui-qəsdçilərin avantürist istəkləri əslində Rusiyada sabitliyi və birliyimizi pozmaq, Rusiya Federasiyasının etibarlı beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylərini sarsıtmaq məqsədi daşıyır. Belə olan halda, üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir.

Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyətindən istifadəyə dair hər hansı işarəyə qarşı xəbərdarl edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında dəstək tapa bilər. Biz əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq.

Xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək.

Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, çoxqütblü ədalətli dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimizin və xarici tərəfdaşlarımızın bu prinsipial mövqeyini başa düşməsini çox yüksək qiymətləndiririk və artıq bu barədə tam məlumatlıyıq”.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol