• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 50 faizə yaxın artıb

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 50 faizə yaxın artıb
30.06.2023 23:25

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 171.5 min manat olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46.3% və ya 686.9 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 484.6 min manat təşkil edib.

Cari ilin yanvar-may aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 103.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.9% və ya 2.9 min manat çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 29% azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 5 ayında toplanan hər 100 manat sığorta haqqının 4.8 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-may aylarında bu göstərici 6.8 manat təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol