• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Qırmızı Ürəklər Fondundan “Kitab Gəzər” layihəsinə dəstək

Qırmızı Ürəklər Fondundan “Kitab Gəzər” layihəsinə dəstək
03.07.2023 12:20
Kapital Bank-ın və Qırmızı Ürəklər Fondu"nun dəstəyilə ölkəmizin 29 şəhər və rayonlarında 55 kənd məktəbində müxtəlif bədii kitab nümunələrindən ibarət "Kitab Gəzər" kitabxanası formalaşdırılıb. 25 may-14 iyun 2023-cü il tarixləri aralığında baş tutan səfərlərdə hər iki komandanın könüllüləri, uşaq nəşriyyatlarının rəhbərləri və kitab müəllifləri iştirak etmiş, məktəblilər ilə faydalı vaxt keçiriblər. 

Layihə çərçivəsində 55 kənd məktəbinə ümumilikdə 2750 ədəd kitab hədiyyə edilib. Bədii ədəbiyyat nümunələrindən ibarət olan "Kitab Gəzər" kitabxanaları kənd məktəbləri, uşaq evi, sığınacaqlar, cəzaçəkmə müəssisələri, regionlardakı icma mərkəzləri və s. kimi yerlərdə formalaşdırılmaqdadır.

2019-cu ildən fəaliyyət göstərən "Kitab Gəzər” layihəsinin əsas məqsədi bölgələrdə yaşayan məktəbliləri mütaliə etməyə cəlb etməkdir. Kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün onları kitablarla təmin etməkdir. Ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da  maariflənməsinə az da olsa töhfə verməkdir. Layihə paytaxtdan könüllü şəkildə bağışlanan kitabları toplayır və onları regionlarda yaşayan gənclərə çatdırır.

Qeyd edək ki, "Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol