• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanla Əliyevin görüşü daha tez keçirilə bilər- Ermənistan mətbuatı

Paşinyanla Əliyevin görüşü daha tez keçirilə bilər- Ermənistan mətbuatı
12.07.2023 16:07
 Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında iyulun 21-nə planlaşdırılan görüş daha əvvəl baş tuta bilər, bu barədə Ermənistan mətbuatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadan yazıb.
 
"Ola bilsin ki, Brüsseldə bu görüş iyulun 21-dən xeyli tez baş tutsun”, – Qriqoryan deyib.
 
Qriqoryanın sözlərinə görə, Bakı ilə İrəvan arasında Brüssel, Moskva və ya Vaşinqtonda aparılan danışıqlar "bir-birini tamamlayır”. 
 
İyulun 6-da Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda Azərbaycan prezidenti ilə görüşəcəklərini açıqlayıb. 
 
Bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişinyovda keçirilən beştərəfli görüşdən sonra açıqlama verərək bildirib ki, Azərbaycan və Ermənistan liderləri iyulun 21-də görüşəcək. 
 
Paşinyanla Əliyevin sonuncu görüşü Türkiyədə prezident Ərdoğanın and içmə mərasimdə olub. Belə ki, hər iki dövlət liderləri qeyri-rəsmi formada görüşüb. 
 
İyunun 1-də Moldovada "Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair üçtərəfli görüş olub. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol