• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Nazirliyi 2023-cü ildə Azərbaycan dövlət büdcəsinin gəlirlərinin daha da artacağını gözləyir

Maliyyə Nazirliyi 2023-cü ildə Azərbaycan dövlət büdcəsinin gəlirlərinin daha da artacağını gözləyir
07.08.2023 20:17
Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərinin yenilənmiş əsas parametrləri açıqlanıb.

Maliyyə Nazirliyindən xəbər verilir ki, Azərbaycanın 2023-cü il üçün nəzərdən keçirilmiş dövlət büdcəsinin gəlirləri 33,89 milyard manatdan yüksək olacağı proqnozlaşdırılır və bu daha əvvəl təsdiqlənmiş göstəricidən 10,1 faiz çoxdur.

Büdcə gəlirlərinin 52,3 faizi, yəni 17,739 milyard manatı neft sektorunun payına, 47,7 faizi və ya 16,15 milyard manatı isə qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiqlənmiş göstəriciləri ilə müqayisədə neft sektorunda gəlirlərin göstəricisi 1,442 milyard manat və ya 8,9 faiz, 2022-ci ilin fəaliyyət göstəricisi ilə müqayisədə 2,410 milyard manat (15,7 faiz), qeyri-neft sektorundan gələn gəlirləri isə 1,673 milyard manat və ya 11,6 faiz yüksək olub.

Dövlət büdcəsinin gəlirləri arasında qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiqlənmiş göstəriciyə nisbətdə 0,7 faiz bəndi artaraq 47,7 faiz olacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmalar 14,987 milyard manat olmaqla büdcə gəlirlərinin 44,2 faizii təşkil edəcək. Dövlət Gömrük Komitəsinin xəttilə daxilolmalar 5,728 milyard manat olmaqla ümumi daxilolmaların 17 faizini təşkil edəcək.

Dövlət Neft Fondundan transferlər 11,737 milyard manat olmaqla ümumi daxilolmaların 34,6 faizini təşkil edəcək. Büdcə təşkilatlarının qeyri-büdcə gəlirlərindən daxilolmalar 857 milyon manat və ya 2,5 faiz, dövlət büdcəsinə digər daxilolmalar isə 580,8 milyon manat və ya 1,7 faiz olacaq.

Dövlət Vergi Xidmətinin xəttilə daxilolmaların məbləği bu ilin təsdiqlənmiş göstəricisindən 1,585 milyard manat və ya 11,8 faiz çox olacaq, o cümlədən neft sektorunda 6,002 milyard manat və ya 40 faiz, qeyri-neft sektorunda isə 8,985 milyard manat və ya 60 faiz təşkil edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox