• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa anbarlarında qaz ehtiyatları 90%-lik hədəfə çatdırıb

Avropa  anbarlarında qaz ehtiyatları 90%-lik hədəfə çatdırıb
18.08.2023 14:32
Avropada yeraltı qaz anbarlarına qaz tədarükü anbarların 90%-i səviyyəsinə qədər çatdırılıb ki bu da Avropa ölkələrinin hədəfə yaxınlaşması deməkdir. Bu barədə  Gas Infrastructure Europe məlumat verib. 

Avqustun 16-a ehtiyatlar 0,25 bənd artaraq 90,12%-ə çatıb.

Ehtiyatların maksimum səviyyəsi İspaniyada (99,98%), minimum isə Latviyada (77,33%) qeydə alınıb.

Avropanın ən böyük qaz bazarı olan Almaniyada ehtiyatlar 91,79% təşkil edib.

UGS qurğularının vaxtından əvvəl doldurulması Avropa ölkələri  tərəfindən enerji siyasətinin düzgün kursunun növbəti təsdiqi kimi dəyərləndirilir və qaz qiymətlərinə əlavə təzyiq göstərə bilər.

Bu arada, qaz tədarükü  daha 2-3 ay davam edə bilər və ehtiyatlar nəzəri cəhətdən 100%-ə yaxınlaşacaq.
 
Avropanın qaz təchizatçıları arasında Azərbaycan da var. Hazırda Azərbaycan Transadriatok qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz ixrac edir. 
 
Aərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyulunda Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli” yataqlarından, 15,4 milyard kubmetri "Şahdəniz”dən, 0,1 milyard kubmetri "Abşeron”dan hasil olunub. SOCAR qaz hasilatı isə  5,1 milyard kubmetri təşkiledib.
 
Ötən ilin uyğun dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Cari ilin yanvar-iyulunda Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.

"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək AÇG-dən 211 milyard kubmetr, "Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox