• $
  • £

Postmüharibə dövründə şəhid ailələri üzvlərinə göstərilən xidmətlərin sayı açıqlanıb

Postmüharibə dövründə şəhid ailələri üzvlərinə göstərilən xidmətlərin sayı açıqlanıb
19.09.2023 10:00
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 891 şəxsə sığorta ödənişi edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib.

Həmçinin şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 250 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.
 
Məlumata görə, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Şəhid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 93,3 min şəxsə xidmətlər göstərilib.
 
Ümumilikdə ötən il bu kateqoriyalardan olanlara 14 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 49,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1 990 şəxs 43,1 min reabilitasiya vasitəsi, o cümlədən 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın iki rayonunda su olmayacaq
Cəmiyyət 23:09
Paytaxtın iki rayonunda su olmayacaq
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:35
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Cəmiyyət 21:41
Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Cəmiyyət 18:19
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
Cəmiyyət 17:26
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Cəmiyyət 17:10
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Cəmiyyət 16:51
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib
Cəmiyyət 15:55
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:09
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol