• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Dayanıqlı İnkişaf Hesabatını təqdim etdi

ABB Dayanıqlı İnkişaf Hesabatını təqdim etdi
26.10.2023 18:30
Regionun ən böyük maliyyə qurumlarından olan ABB 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqlayıb. Hesabat Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) 2021 Standartlarının tövsiyələrinə, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların dayanıqlılıq üzrə təşəbbüslərinə istinadən hazırlanıb. 

Hesabatda ABB-nin müxtəlif dayanıqlılıq mövzuları, yəni sosial, ətraf mühit, iqtisadi və məsuliyyətli idarəetmə üzrə fəaliyyət nəticələri təqdim olunur.
Məlumatları oxuculara daha aydın və müqayisəli göstərmək üçün ABB-nin fəaliyyətinə dair vacib göstəricilər üç il üzrə təqdim edilir. Hesabatda açıqlanan qeyri-maliyyə göstəricilərinin düzgünlüyünü və şəffaflığını təmin etmək məqsədilə beynəlxalq audit şirkəti olan EY müstəqil əminlik bəyannaməsinin verilməsi üçün cəlb edilib. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Açıqlıq, şəffaflıq bizim əsas fəaliyyət prinsiplərimizdəndir. 2022-ci üzrə Dayanıqlı İnkişaf Hesabatımız da bu prinsipə xidmət edir. Bununla sektorda daha bir müsbət nümunə yaratmağı hədəfləyirik. Hesabatda Bankımızın bütün tərəfdaşlarla qarşılıqlı güvənə əsaslanan münasibətləri öz əksini tapıb”. 

Hesabatla buradan tanış ola bilərsiniz. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən (https://abb-bank.az/)və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Азербайджан и Греция приняли план по туризму на 2026–2028 годы
İqtisadiyyat 15:20
Азербайджан и Греция приняли план по туризму на 2026–2028 годы
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol