• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmir yolu infrastrukturu yaradılacaq

Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmir yolu infrastrukturu yaradılacaq
30.10.2023 20:43

Ağdam və Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının ərazilərində dəmir yolu infrastrukturu yaradılacaq.
 
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi xəbər verir ki, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

İndiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın 5 rezidenti, 1 qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Азербайджан и Греция приняли план по туризму на 2026–2028 годы
İqtisadiyyat 15:20
Азербайджан и Греция приняли план по туризму на 2026–2028 годы
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol