• $
  • €
  • ₽
  • ₺
  • £

ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb

ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb
05.12.2023 15:40
"Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağındakı yeni "Azəri Mərkəzi Şərqi” (ACE) platformasında dünən ilk hasilat quyusunun qazılmasına başlanıb. Bu barədə AÇG yatağının işlənməsi layihəsinin operatoru olan BP şirkətindən məlumat verilib.

Cari ilin avqustunda Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb.

Quyunun ümumi dərinliyinin 3 188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay cəkəcəyi gözlənilir.

"Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək”, – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. Layihənin pik dövründə Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.
 
2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundakı "Çıraq” platformasından ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib.1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” neft yataqlarının və "Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi” imzalanıb. "Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.
 
Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub. 
 
2021-ci ildə BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının bir hissəsi olan "Çıraq” platformasının fəlaiyyətini dayandırılmışdı. Plana əsasən Çıraq platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
 
Aytac 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol