• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ukraynaya yeni hərbi yardım ayıracaq

ABŞ Ukraynaya yeni hərbi yardım ayıracaq
12.12.2023 10:21
2023-cü ilin dekabrında ABŞ Ukraynaya yeni hərbi yardım göstərəcək.  Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Ayın sonuna qədər əlavə hərbi yardım elan edəcəyik. Amerika lideri Co Baydenin təşəbbüsü ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-yə dəvət edilməsi mühüm hadisədir”, - o bildirib.
 
ABŞ noyabrın 3-də Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan etməyi planlaşdırmışdı
 
ABŞ 2022-ci il fevralın 24-dən, Yəni Rusiya-Ukrayna müharibəsi başlayandan,  indiyə kimi Ukraynaya 40 milyard dollardan çox hərbi yardım edib. Bu barədə  Pentaqon rəhbəri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında  bildirib. 
 
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
 
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.
 
Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol