• $
  • €
  • ₽
  • ₺
  • £

Estoniya Ukraynaya yardım edəcəyini açıqlayıb

Estoniya Ukraynaya yardım edəcəyini açıqlayıb
11.01.2024 15:48
2027-ci ilə qədər Estoniya Ukraynaya 1,2 milyard avro məbləğində yardım edəcək. Bu barədə Estoniya Prezidenti Alar Karis bildirib.

"Aİ çərçivəsində biz artıq Ukraynaya təxminən 5 milyard avro məbləğində dəstək vermişik. Bu dəstək davam etdirilməlidir. Estoniyanın 2027-ci ilə qədər uzunmüddətli töhfəsi 1,2 milyard avro təşkil edəcək. Ukraynanın daha çox və daha yaxşı silahlara ehtiyacı var”, - Karis Tallində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Prezident əlavə edib ki, Estoniya hər il Ukraynaya ölkənin müdafiə büdcəsinin 0,25%-ni verəcək.

"Biz hamını Rusiya müharibəsini dayandırana qədər Ukraynaya bacardığı qədər yardım etməyə çağırırıq”, - o bildirib.
 
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
 
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.

Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol