• $
  • £

Bakının torpaq bazarında qiymət artımı bərpa olunub

Bakının torpaq bazarında qiymət artımı bərpa olunub
26.02.2014 19:04
 Ötən ilin II yarısında Bakı şəhərinin torpaq bazarında müşahidə edilən qiymət azalması, bu ilin yanvar ayında artımla əvəz olunub.«MBA Consulting Group» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yaranmış vəziyyət qış fəslinin tədricən sona yetməsi və tikinti sektoru üçün qarşıdan mövsüminin gəlməsi ilə bağlı olaraq hazırlıq işlərinin görülməsi və şəhərdə növbəti söküntü dalğasının başlanması ilə əlaqələndirmək olar. Yanvar ayının əvvəlindən Bakının «Sovetski» deyilən ərazisində köhnə tikililərin sökülməsi qərarı şəhərin torpaq bazarında qiymətlərin artması ilə nəticələnib. Belə ki, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) əvvəlki aya nisbətən 3,92% azalıb. Yanvar ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,35% artaraq 17 240 dollar/sot səviyyəsindən 17 646 dollar/sota kimi yüksəlib. Bu ilin ilk ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq, Xətai, Abşeron, Qaradağ və Sabunçu rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, ötən ilin dekabr ayında bu rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət azalması mərkəzdən kənar rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Nəsimi, Yasamal, Nərimanov rayonları, ən passiv rayon isə Sabunçu və Qaradağ rayonlarıdır. Ötən ay torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ay azalması ilə müşahidə olunub. Təklifin həcmi II-IV zonalarda artım, III zonada isə azalma ilə müşahidə olunub. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, qeyri-mövsümi aylarda olduğu kimi,  IV zona istisna olmaqla, qalan üç zonada torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib. 


 

Zonalar

Dekabr, 2013

($/sot)

Yanvar, 2014

($/sot)

Orta qiymət dəyişməsi, %

I zona

263 452

264 102

0,25

II zona

149 556

152 627

2,05

III zona

30 505

35 985

17,96

IV zona

5 581

5 212

-6,61

 
 Hesabat ayında qiymət artımı I, II və III zonalar üzrə qeydə alınıb. Qiymətlərin artması bir tərəfdən qış mövsümünün tədricən sona yaxınlaşması ilə izah edilirsə, digər tərəfdən şəhərdə söküntü və bundan doğan fəsadlarla və tikintiyə icazənin sərtləşdirilməsi ilə əlaqələndirilir. Torpaq bazarında azalan təklif, aktivliyin və tələbatın artması ilə bağlı, ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən olub. Ay ərzində torpaq bazarına təklif olunan ümumi 631 ədəd torpaq sahəsinin 90%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 20,1%-i köhnə yararsız evlərin sökülməsi, 5,5%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıb. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 52,04% artaraq 40,3 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması demək olar ki, şəhərin bütün hissələrində müşahidə edilib. Bazarda təklifin azalması təbii ki, satışın həcminin alıcıların gözləmə mövqeyinə üstünlük vermələri ilə bağlı olub. Bu ilin yanvar ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər artımla yadda qalıb. Qiymət indeksi ay ərzində 2,35% artaraq 8,832 səviyyəsində qərarlaşıb, 1 sot torpağın orta qiyməti də müvafiq olaraq artaraq 17 646 dollara çatıb. Tələb isə müxtəlif templə də olsa, əksər rayonlarda artımla seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da təsir göstərib. Ümumən, təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (350 000 dollar/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonu, Masazır qəsəbəsində (383 dollar/sot) qeydə alınıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
İqtisadiyyat 17:07
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Azercell supports women entrepreneurs in Guba through StartHer initiative
İqtisadiyyat 16:06
Azercell supports women entrepreneurs in Guba through StartHer initiative
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
İqtisadiyyat 15:59
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

DSMF-nin xərcləri 380 milyon manat artıb
İqtisadiyyat 13:38
DSMF-nin xərcləri 380 milyon manat artıb
Уборка зерновых в Азербайджане выполнена почти на 67%
İqtisadiyyat 13:20
Уборка зерновых в Азербайджане выполнена почти на 67%

Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb
İqtisadiyyat 12:54
Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb

Pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
İqtisadiyyat 12:14
Pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək
İqtisadiyyat 12:10
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək

Əhalinin gəlirləri 10 %-dən çox artıb
İqtisadiyyat 12:00
Əhalinin gəlirləri 10 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol