• $
  • €
  • ₽
  • ₺
  • £

ASCO Xəzər dəniz gəmiçiliyi 7 yeni gəmi tikməyi planlaşdırır

ASCO Xəzər dəniz gəmiçiliyi  7 yeni gəmi tikməyi planlaşdırır
02.02.2024 16:39
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC   "Bakı Gəmiqayırma Zavodu” MMC (BSZ) ilə Xəzər dənizində neft-qaz əməliyyatlarını dəstəkləmək üçün yeni gəmilərin tikintisinə dair müqavilə imzalayıb.

"SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti ) ilə əməkdaşlığın davam etdirilməsi çərçivəsində yaxın illərdə üç sərnişin və dörd dalğıc gəmisi olmaqla yeddi gəminin inşası barədə qərar qəbul edilib. Tərəflərin razılığı ilə Bu gəmilərin tikintisi Bakı Gəmiqayırma Zavodunda aparılacaq.Müvafiq saziş cümə günü ASCO və BSZ-nin İdarə Heyətinin sədri Rauf Vəliyev və Elşad Nuriyev arasında imzalanıb”, - Gəmiçiliyin məlumatında deyilir.

Müqaviləyə əsasən, Bakı Gəmiqayırma Zavodu ASCO-nun sifarişi ilə 18-24 ay müddətində dənizin 60 metr dərinliyində istismar üçün hər birinin tutumu 50 nəfər olan üç sərnişin gəmisi və hibrid mühərrikli bir dalğıc gəmisinin tikintisini öz üzərinə götürüb.

"Bu gəmilər beynəlxalq standartlara cavab verəcək və geniş texniki imkanlara malik olacaq. Onlar neft və qaz hasilatı prosesində göstərilən dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacaq", - məlumatda deyilir.

ASCO-nun məlumatına görə, sərnişin gəmiləri aparıcı dizayn şirkəti tərəfindən layihələndirilib. Dalğıc gəmisinin tikintisi "ASCO Mühendislik” MMC-nin layihəsinə əsasən həyata keçiriləcək. Bu, Xəzər dənizində hibrid mühərriklə təchiz edilmiş ilk üzən gəmi olacaq.

Bakı Gəmiqayırma Zavodu Xəzər regionunun dəniz sənayesi üçün gəmiqayırma və gəmi təmiri xidmətləri göstərmək məqsədi ilə 2011-ci ildə yaradılmışdır. Şirkət ticarət və sərnişin gəmilərinin, yedək gəmilərinin, bərələrin və s.-nin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşmışdır.

ASCO-nun donanmasına nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri meydançaları da daxildir.

Nəqliyyat donanması 22 tanker, 13 bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro gəmisi, 2 Ro-Pax gəmisi olmaqla 53 gəmidən ibarətdir.

İxtisaslaşdırılmış donanmaya 20 kran gəmisi, 25 yedək və təchizat gəmisi, 26 sərnişin gəmisi, 2 borudüzən gəmi, 6 yanğınsöndürən, 7 geotexniki gəmi, 2 dalğıc gəmisi və 88 xidməti və yardımçı gəmi daxil olmaqla 210 gəmi daxildir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol