• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 4 milyona yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Azərbaycanda 4 milyona yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
05.02.2024 15:37
2023-cü ildə Azərbaycanda 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat verir.
 
Məlumata görə, bunlardan 943 362-si ilkin qeydiyyat, 2 683 970-i təkrar qeydiyyatın payına düşüb.
 
Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 726-sı fərdi yaşayış və bağ evi, 1 064 199-u mənzil, 1 783 097-si torpaq sahəsi, 77 784-ü qeyri-yaşayış sahəsi, 67 628-i qeyri-yaşayış obyekti, 12 694-ü əmlak kompleksi, 919-u çoxmərtəbəli yaşayış binası olub.
 
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ən yüksək göstərici ardıcıl olaraq 2023, 2022, 2021, 2019 və 2020-ci illərdə qeydə alınıb. 
 
Ötən il daşınmaz əmlaka dair 378 102 ədəd texniki sənəd (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü), 278 129 ədəd məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış, 119 733 ədəd əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar tərtib olunub, 81 762 ədəd ipotekaya qoyulmuş əmlakın dövlət qeydiyyatı  aparılıb. 
 
2023-cü ildə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması hesabına dövlət büdcəsinə  əvvəlki illə müqayisədə 12,6% çox, yəni 32 milyon 240 min 234 manat rüsum ödənilib.

Çiçək Sadatova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol