• $
  • £

Yanvarda təbii qaz ixracı artıb

Yanvarda təbii qaz ixracı artıb
13.02.2024 09:53
2024-cü ilin yanvarında Azərbaycanın təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4,5 % artıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.

"Bunun 1,1 milyard kubmetri Avropaya, 0,8 milyard kubmetri Türkiyəyə, 0,4 milyard kubmetri isə Gürcüstana ixrac olunub. Bu dövr Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəyə 0,4 milyard kubmetr qaz nəql edilib", -  Şahbazov "X” sosial şəbəkəsindəki hesabında bildirib. 
 
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və  "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən  istismar edilir. 

2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə başlayıb.
 
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
 
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub. 

Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
 
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
 
TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Bolqarıstana "mavi yanacağın” nəql edilir.
 
"Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

182 kilometr uzunluğa malik olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir və kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı proqnozlaşdırılır. 
 
Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Bank iki ildə 35-dən çox fintech müraciəti alıb
İqtisadiyyat 10:35
Mərkəzi Bank iki ildə 35-dən çox fintech müraciəti alıb
Mərkəzi Bank 2027-2030-cu illər üçün yeni strategiya hazırlayır
İqtisadiyyat 10:30
Mərkəzi Bank 2027-2030-cu illər üçün yeni strategiya hazırlayır
Azərbaycanda kriptovalyutalar haqqında qanun ilin sonunadək qəbul oluna bilər
İqtisadiyyat 10:26
Azərbaycanda kriptovalyutalar haqqında qanun ilin sonunadək qəbul oluna bilər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:11
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Yeni təyyarə, köhnə sual: Azərbaycan regional aviasiya mərkəzi ola biləcəkmi? - TƏHLİL
İqtisadiyyat 21:44
Yeni təyyarə, köhnə sual: Azərbaycan regional aviasiya mərkəzi ola biləcəkmi? - TƏHLİL
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol