• $
  • €
  • ₽
  • ₺
  • £

BP-Azərbaycan-nın podratçıları $1,5 milyard sifariş icra edib

BP-Azərbaycan-nın podratçıları $1,5 milyard sifariş icra edib
13.02.2024 15:52
bp-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 2023-cü ildə 1 milyard 546,4 milyon dollarlıq sifarişləri yerinə yetiriblər ki, bu da 2022-ci illə müqayisədə 11,3% çoxdur. Bu barədə  bp-Azərbaycan şirkətinin mətbuat xidmətinin yaydığı hesabatda bildirilib. 

"Qeyd edilən məbləğin  712,7 milyon dolları 14 müştərək müəssisə, 45,3 milyon dolları 27 dövlət müəssisəsi, 398,5 milyon dolları 245 kiçik və orta müəssisə, 389,9 milyon dolları bp-nin Azərbaycanda layihələrində çalışan 96 xarici şirkət tərəfindən yerinə yetirilib", - şirkətin mətbuat xidmətindən bildiriblər.

2023-cü ildə bp-Azerbaijan şirkətinin sosial layihələrin həyata keçirilməsinə layihə tərəfdaşları ilə birgə və ayrıca yatırdığı vəsaitlər də daxil olmaqla ümumi investisiyaları 2,9 milyon dollar təşkil edib.

"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokda neft hasilatı 1997-ci ilin noyabrında başlayıb. Bu müqavilənin müddəti 2024-cü ildə başa çatıb. Bununla belə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən layihənin icraçıları Böyük Britaniyanın bp (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Hazırda müqavilədə tərəflərin payı  bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21 ,02%) şirkətləri arasında bölünüb. 

Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin iştirakçıları  bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); ExxonMobil (2,5%), Itochu (3,4%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC (2,36%) şirkətləridir. 

2023-cü ilin dekabrında Equinor Azərbaycandakı layihələrdəki payını, o cümlədən AÇG və BTC-ni SOCAR-a satmaq barədə saziş imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol