Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,08 % azalaraq 86,95 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 81,20ABŞ dolları təşkil edib.
www.anews.az