• $
  • €
  • ₽
  • ₺
  • £

Elektromobillik üzrə Milli Plan hazırlanır

Elektromobillik üzrə Milli Plan hazırlanır
15.02.2024 18:08
Energetika Nazirliyinin Əmri ilə yaradılmış "Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi qrupunun ilk iclası keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən verilən məlumata görə, iclası giriş sözü ilə açaraq çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”na əsasən "Elektromobillik üzrə Milli Planın hazırlanması”nın enerji doldurma infrastrukturunun inkişafına, ölkəmizdə elektrikli nəqliyyat vasitələrinə keçidin təşviqi baxımından vacibliyini qeyd edib.

İclas zamanı Milli Planın hazırlanması üçün cəlb edilmiş məsləhətçi şirkətin nümayəndələri təqdimatla çıxış edərək sənədin hazırlanması ilə bağlı işə yanaşma, ssenarilər, iqtisadi qiymətləndirmə, ekoloji və enerjisistemə təsirlər və digər məsələlər barədə ətraflı məlumat veriblər. Görüşdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Milli Planın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, "Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi qrupuna Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkətinin "Cənub Qaz Dəhlizi” QSC, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Sahibkarlığın İnkişafı Fondu, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi, "Azərişıq” ASC və Azərbaycan Texniki Universiteti daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol