• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Azərbaycanla enerji sektorunda əməkdaşlığı genişləndirəcək

Aİ Azərbaycanla enerji sektorunda əməkdaşlığı genişləndirəcək
01.03.2024 21:50
Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyi səbirsizliklə gözləyir. Bunu Avropa komissarı Kadri Simson deyib.

"Azərbaycan Aİ-nin etibarlı tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını artıq sübut edib. Bununla belə, bizim daha çox dialoqa və daha çox əməkdaşlığa ehtiyacımız var. Bugünkü görüş çərçivəsində biz bir sıra razılaşmalar əldə etdik. Bunlara daxildir: 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının həcminin 20 milyard kubmetrə çatdırılması, eləcə də mövcud qaz nəqli infrastrukturunun imkanlarının artırılması zərurəti”, - Simson cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.

O, əlavə edib ki, Rusiya Avropaya qaz tədarükündə özünü etibarsız tərəfdaş kimi göstərib. "Biz hazırda üç istiqamətdə işləyirik: Azərbaycan, Norveç və digər ölkələr vasitəsilə şaxələndirilmiş qaz təchizatı marşrutlarımız var. Bundan əlavə, biz əlavə qaz həcmləri cəlb edə bildik və eyni zamanda istehlakda böyük qənaətə nail olduq”, - Avropa komissarı bildirib.

Simson vurğulayıb ki, görüşdə elektrik enerjisi bazarında Azərbaycanla əməkdaşlığın genişləndirilməsi barədə də razılıq əldə olunub. "Bununla bağlı Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına dair 3 sənəd imzalanıb”, - Avropa komissarı qeyd edib.

Azərbaycan 2023-cü ildə Avropaya 11,8 milyard kubmetr qaz tədarük edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol