• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST-ün baş direktoru Bakıdadır - Prezidentlə görüşüb - YENİLƏNİB

ÜST-ün baş direktoru Bakıdadır - Prezidentlə görüşüb  - YENİLƏNİB
13.03.2024 20:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Tedros Adhanom Qebreyesus İlham Əliyevi Prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd edilib, Tedros Adhanom Qebreyesusun bu tədbirdə iştirakının önəmi vurğulanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun artdığı bildirilib və bu forumda xeyli sayda qonağın iştirakı bunun yaxşı göstəricisi kimi dəyərləndirilib.

Qonaq Ümumdünya Səhiyyə Təşkilatı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək bu mərkəzin onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və Mərkəzin İdarə Heyətinin üzvləri ilə mütəmadi olaraq görüşlər keçirdiyini qeyd edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq statuslu qeyri-hökumət təşkilatı olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini və ölkəmizin də bu təşkilatın işinə dəstək verdiyini vurğulayıb. Dövlətimizin başçısı hər il Bakının ev sahibliyi ilə keçirilən Qlobal Forumun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi və onların həlli yollarının tapılması baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edib.

Ölkədə həyata keçirilən səhiyyə islahatlarının təqdirəlayiq olduğunu deyən Tedros Adhanom Qebreyesus Azərbaycanda yaradılan icbari tibbi sığorta sisteminin müsbət proses olduğunu və onun yaxşı nəticələrinin artıq özünü göstərdiyini deyib.

Görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxunub.
 
 17:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Siyasət 12:22
Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Siyasət 12:06
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
“Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Siyasət 11:58
“Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol