• $
  • £

XİN-dən Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatına - Reaksiya

XİN-dən Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatına - Reaksiya
27.03.2024 18:11
Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli "Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə  Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara münasibət bildirərkən deyib.

"Hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyanın tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil.

Bundan əlavə, hesabatın ermənipərəst hekayələrin təbliğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən 5 aprel tarixində keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması, sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır.   

Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti "RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir.

Ermənistan Respublikası hökuməti onun müştərisi kimi, "çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.

Maraqlıdır ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri böyük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar.

Biz qəti şəkildə, sözügedən birtərəfli mövqenin, eyni zamanda bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə "Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindəyik.

Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir.

Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər”, - deyə məlumatda qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Siyasət 18:30
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Siyasət 13:42
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Spiker tələbələri parlament jurnalistikasına cəlb etməyi təklif edir
Siyasət 12:31
Spiker tələbələri parlament jurnalistikasına cəlb etməyi təklif edir

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Siyasət 12:20
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Deputat: Medianın iqtisadi dayanıqlılığı üçün yeni biznes modellərinə keçid vacibdir
Siyasət 12:17
Deputat: Medianın iqtisadi dayanıqlılığı üçün yeni biznes modellərinə keçid vacibdir
Peşəkar jurnalistikanın gücləndirilməsi zəruridir - deputat
Siyasət 12:08
Peşəkar jurnalistikanın gücləndirilməsi zəruridir - deputat
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Siyasət 22:50
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Siyasət 20:20
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşüb
Siyasət 19:04
Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol