• $
  • £

Azərbaycanın mina problemi İordaniya mətbuatında

Azərbaycanın mina problemi İordaniya mətbuatında
07.04.2024 18:50
Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatı İordaniya mediasında geniş işıqlandırılıb.
 
Azərbaycanın İordaniyadakı səfirliyindən bildiriblər ki, bu ölkənin geniş oxucu kütləsinə malik "alordoon.com”, "nayrouz.com”, "orobanews.com”, "johinanews.com” və "nbnjo.com” xəbər portalları həmin bəyanatı dərc ediblər.
 
Bəyanatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkdiyi, mina təhdidinin davam etdiyi, müharibədən sonra baş verən mina partlayışları zamanı ümumilikdə 350 azərbaycanlının mina qurbanına çevrildiyi, onlardan 50-si mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla, 65 nəfərin həyatını itirdiyi vurğulanıb. Eyni zamanda, mina hadisələrinin əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdiyi məkanlarda baş verməsinin Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyinin sübutu, bunun da öz növbəsində İrəvan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlüyün növbəti təzahürü olduğu diqqətə çatdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Siyasət 14:06
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Siyasət 19:45
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Siyasət 13:58
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol